Bizim fəaliyyətimizi aşağıdakı 4 əsas istiqamət müəyyən edir:
Beynəlxalq daşımalar
Dünyanın dörd bir yanından daşımalar Star Express şirkəti dünyanın müxtəlif istiqamətlərinə olan beynəlxalq daşımaların bütün növlərini peşəkarlıqla həyata keçirir. Beynəlxalq daşımalar dörd yolla - hava, su, quru, dəmir yolu ilə həyata keçirilir. Biz həmçinin multimodal daşımalarda da ixtisaslaşmışıq. Yüksək təcrübəli və çalışqan əməkdaşlarımız sizə hərtərəfli lojistik həlləri təqdim edərək işinizi asanlaşdıracaqdır. Əlavə suallarınız və ya çətinlikləriniz varsa, rahatlıqla bizimlə əlaqə qura və probleminizi aydınlaşdıra bilərsiniz.
Quru yolu ilə yüklərin daşınması
Star Express şirkəti yüklərin avtomobil nəqliyyatı ilə daşınmalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Avtomobil daşımaları logistika sferasında hər zamankı kimi lider mövqeyini qorumaqdadır. Daşımaların gecə-gündüz həyata keçirilməsi, liman, vağzal və aeroportların iş cədvəlindən asılı olmadan hərəkət etməsi çatdırılma müddətini xeyli azaldır. Star Express yük daşımalarını həyata keçirmək üçün xüsusi avtomobillərdən istifadə edir. Daşınmalı olan məhsullar fərqli xüsusiyyətlərə malik olduğundan daşınma şəraiti də fərqli və xüsusi olmalıdır. Avtomobil daşınmalarını örtülü olan tamamilə metaldan düzəldilmiş yük maşınları, tentləşdirilmiş avtonəqliyyat, refrijeratorlar, kiçiktonnajlı təkərli nəqliyyat, hərəkət tərkibləri və digər yük avtomobilləri, müxtəlif kubaturalı yarımqoşqular həyata keçirir.
Star Express şirkəti tezkorlanan, ədədi, tökmə (aşırma) və maye, komplekt və yığma (qarışıq), ağırçəkili və təhlükəli yüklərin avtomobil daşımaları daxil olmaqla, müxtəlif yüklərin daşımalarını təşkil və təmin edir. Daşınması xüsusi diqqət tələb edən malları daşıyarkən təhlükəsizlik qaydalarına tam riayət olunur. Bu da nəqliyyat vasitəsinin, digər yüklərin zərər görməməsinə gətirib çıxarır, yol hərəkəti iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoymur.
Hava yolu ilə yüklərin daşınması
Star Express şirkəti sizə beynəlxalq hava ilə yük daşınmalarının kompleks şəklində logistik həllini təklif edir. Son bir neçə ildə Covid19 pandemiyası səbəbindən sərnişin daşınmalarında kəskin azaldığı halda, yük daşınmalarında hədsiz artım müşahidə olunur. Yüklərin hava ilə daşınmasının nə kimi üstünlükləri var?
Hava yolu ilə yüklərin daşınması üstünlüyümüz nələrdir?
Sizin yükləriniz məsafəsindən asılı olmayaraq istənilən ölkəyə operativ şəkildə çatacaq.
Tez xarab ola bilən, zədələnən məhsulunuz varsa, hava daşınmaları bu riski kəskin şəkildə azaldır.
Eyni zamanda itki, oğurlanma halları təhlükəsi minimuma enir.
Mütəxəssislərimiz sizin sifarişinizin məlumatlarını hər bir detalına kimi araşdırır və sizə ən uyğun daşınma təklifini və marşrutunu təklif edir. Şirkətimiz beynəlxalq hava yolu şirkətləri ilə əməkdaşlıq etdiyindən, bizə imkan verir ki, müştərilərimiz üçün ən uyğun qiymət təklifini və operativ xidməti təqdim edə bilək.
Su yolu ilə yüklərin daşınması
Star Express şirkəti yüklərin su yolu ilə daşınmasını yüksək keyfiyyətli logistik həllələ həyata keçirir. Su yolu ilə daşınmalara olan tələbat hər zamankı kimi öz aktuallığını qoruyur. Su nəqliyyatı yüksək yük götürmə qabiliyyətinə, uyğun qiymətlər və buraxılış qabiliyyətinin minimum məhdudiyyətləri ilə səciyyələnir. Logistika mütəxəssislərimiz tərəfindən sifarişçinin tələbatları təhlil edilir, daşınan malın xüsusiyyətləri nəzərə alınmaqla ən uyğun təklif hazırlanır.
Dəmir yolu ilə yüklərin daşınması
Star Express həmçinin dəmir yolu yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksli həllini həyata keçirir. Daşınmanın bu növünə də bazardakı vəziyyətdən asılı olmayaraq, hər zaman böyük tələbat və yüksək yük dövriyyəsi xarakterikdir. Dəmir yol daşınmalarının aktuallığı yük qatarlarının öz yükgötürmə qabiliyyətləri sayəsində xeyli həcmdə yükləri daşımaq gücündə olması, istənilən məsafələri tez qət etməsi və malı bütöv və salamat çatdırası ilə izah olunur.
3 PL əməkdaşlığımızda sizə anbar xidmətlərindən tutmuş, çatdırılmaya qədər olan bütün logistika əməliyyatlarını biz tərəfdən təmin etməyə kömək edirik. Bu sizə hansı üstünlükləri qazandırır? Siz uzun və vaxt aparan prosedurları bizə təslim etməklə zaman qazanırsınız ki, bu da onu digər istiqamətlərə yönəldib biznesinizi daha da inkişaf etdirməyə imkan yaradır. 3PL tərəfdaşınız olaraq tədarük zəncirinin müxtəlif növ xidmətlərini təklif edirik. Buraya nəqliyyat, anbar xidmətləri, məhsulun ünvandan götürülməsi və qablaşdırılması, inventar proqnozlaşdırma, sifarişin yerinə yetirilməsi və yüklərin daşınması daxildir.
Xidmətlərimizin istiqamətlərindən birini də Azərbaycan daxili kuryer fəaliyyəti təşkil edir. Biz sizin ölkədaxili yüklərinizi bir təyinat nöqtəsindən digərinə xüsusi yük maşınlarımızda və təcrübəli mütəxəssislərimiz vasitəsilə həyata keçiririk. Əgər siz də yüklərinizin təhlükəsiz və sərfəli qiymətə çatdırılmasına ehtiyac duyursunuzsa bizimlə əlaqəyə keçin, ətraflı məlumat əldə edin.
Star Expressə məxsus həm beynəlxalq, həm də yerli anbarlarımız müasir standartlara əsasən təchiz edilib və sizin işinizi asanlaşdırmaq üçün hər bir detala xüsusi önəm verilib. Bizim anbarlarımız ABŞ, Almaniya, Azərbaycan, Çin, Dubay və Türkiyədə yerləşir. Onlar hər zaman sizin istifadənizə hazırdırlar. Bakıda yerləşən anbarımız böyük bir ərazini əhatə edir. Əgər sizin də e-ticarət anbarına ehtiyacınız varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Türkiyədən Azərbaycana: logistik e-ticarət və e-ticarət anbar həlləri (Bu da E-ticarət anbar həlləri tərkibində olsun) Türkiyədən Azərbaycana olan daşımalarınız bizimlə daha rahat olacaq. Sərfəli şərtlər, münasib qiymət təklifləri və yüksək xidmət, Star Express şirkətini sizin əbədi partnyorunuza çevirəcək.
Bizim xidmətlərimizin üstünlükləri
Keyfiyyətli və surətli xidmət
Bizim təcrübəli mütəxəssislərimiz sizi 24/7 keyfiyyətli və surətli xidmətlə təmin edib zaman itkisindən xilas edəcəklər.
Sığortalı və təhlükəsiz çatdırılma
Biz məhsullarınızın müxtəlif daşıma növləri ilə təhlükəsiz və sığortalı sizə çatdırılmasını təmin edirik.
Münasib qiymətlər
Digər daşıma şirkətləri ilə müqayisədə biz sizə daha münasib qiymətlər və sərfəli şərtlər təqdim edirik.